Azərbaycanda "X"ə giriş qismən bərpa olundu

Azərbaycanda "X"ə giriş qismən bərpa olundu Dünya

"X"də problemlər səhər saatlarından başlayıb.

News24.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Bildirilib ki, "X" sosial media platforması nəşrin problemlə bağlı sorğusuna cavab verməyib. "İstifadəçi şikayətlərinə naxmayaraq, platformada "bütün sistemlər işləkdir" yazılıb" , - məqalədə bildirilib.

Xatırladaq ki, oxşar nasazlıq yanvar ayında da yaşanıb və platformanın saibi İlon Mask bunu IP ünvanları Ukraynada olan istifadəçilərin kiberhücuma məruz qalması ilə əsaslandırıb.

Hazırda "X"in Azərbaycandakı istifadəçiləri problemin nisbətən aradan qalxdığını bildirib. Türkiyədə də platformaya giriş və paylaşımlar asanlaşıb, lakin dünyanın bəzi ərazilərində nasazlıq qalmaqdadır.

"Downdetector"un məlumatına görə, əsas giriş problemləri ABŞ-nin xəritədə qırmızı ilə qeyd olunan şəhərlərində qeydə alınıb: (Report)

Azərbaycanda "X"ə giriş qismən bərpa olundu