Balasanyandan XƏBƏR VAR - TƏSLİM OLDU...

Balasanyandan XƏBƏR VAR - TƏSLİM OLDU... Dünya

Qarabağdan Ermənistana qaçan terrorçu, "Xocalı qatili" Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub.

News24.az  "İravunk.am"a istinadla xəbər verir ki, bu barədə Balasanyan 16 ədəd 9 mm-lik güllə və “Makarov” tapançasını polisə təhvil verib.

Faktla bağlı polis idarəsində sənədlər tərtib edilərək Ermənistan İstintaq Komitəsinin aidiyyəti qurumuna göndərilib.

" Ermənistan Respublikasının İstintaq Komitəsindən bildirilib ki, 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb", - deyə məlumatda qeyd edilib.

Ayşən