Baydenin müşaviri istefa verdi
Dünya
ABŞ prezidenti Co Baydenin Latın Amerikası üzrə baş müşaviri istefa verəcək və bu, Vaşinqtonun regionda, xüsusən də Venesuelada emokratik islahatlar həyata keçirməsinə düzəlişlər edə bilər .
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, Qonzales öz postunda Venesuela prezidenti Nikolas Maduronu azad və ədalətli seçkilər keçirməyə razı salmağa çalışmaqda əsas rol oynayıb.
Qonzalesin martın ortalarında təqaüdə çıxması planlaşdırılır və onun yerini müdafiə nazirinin Qərb yarımkürəsi üzrə köməkçisinin hazırkı müavini Daniel Erikson tutacaq.
Mehriban Mirzəzadə