Baydenin seksual qısnamaya məruz qoyduğu qadın danışdı - FOTO

Baydenin seksual qısnamaya məruz qoyduğu qadın danışdı - FOTO Dünya

Jurnalist Taker Karlson təxminən 30 il əvvəl Co Baydenin cinsi təcavüzə məruz qoyması iddia edən Senatın keçmiş əməkdaşı Tara Riddən müsabihə alıb.

New24.az yenisabah.az-a istinadla xəbər verir ki, kurnalistin "X" (keçmiş Twitter) səhifəsində dərc olunan müsahibə Karlson Moskvada olarkən lentə alınıb.

Rid jurnalistə təhlükəsizlik ucbatından ABŞ-ı tərk etmək məcburiyyətində qaldığını deyib. O, hazırda Rusiyada yaşadığını deyib: “Ailəmi və məni təhdid etdilər və ailəmin zərər görməsini istəmədim”.

ABŞ-a girə bilmədiyi üçün Rid qızının məzuniyyət və toy mərasimi üçün darıxdığını deyib. 


Baydenin seksual qısnamaya məruz qoyduğu qadın danışdı - FOTO