Belarus NATO ölkələri ilə əməkdaşlığa hazırdır

Belarus NATO ölkələri ilə əməkdaşlığa hazırdır Dünya

Minsk ilk növbədə BMT, ATƏT və digər beynəlxalq təhlükəsizlik təşkilatlarının təsirini bərpa etməkdə maraqlıdır. 

News24.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xreni deyib.

O, vurğulayıb ki, bu təşkilatlar münaqişələrin qarşısını almaq və həll etmək üçün səmərəli fəaliyyət göstərməlidir.

Bundan əlavə, doktrinaya Belarusun istənilən dövlətlə, o cümlədən NATO ölkələri ilə hərbi sahədə əməkdaşlığa hazır olması haqqında bəndin daxil edilməsi təklif edilir. Xrenin qeyd edib ki, Minsk praqmatik dialoqu bərpa etməyə hazırdır. Lakin NATO dövlətləri Belarusa qarşı aqressiv ritorikadan əl çəkməlidir.

Hazırda Belarusun yeni hərbi doktrinası yekunlaşmaq üzrədir. Onun aprel ayında ÜmumBelarus Xalq Assambleyasının təsdiqinə təqdim ediləcəyi gözlənilir.

Mehriban Mirzəzadə