"Bəzi insanlar siyasi səhnədən tamamilə yox olacaq"

"Bəzi insanlar siyasi səhnədən tamamilə yox olacaq" Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Müxalifət xüsusilə qaçqın məsələsini gündəmə gətirir. Bunların heç biri onlara çörək verməz, boş yerə çalışırlar. 31 mart şübhəsiz ki, bəzi insanların siyasi səhnədən tamamilə itdiyini gördüyümüz gün olacaq” deyib.

News24.az xəbər verir ki,  Ərzincandakı sürüşmə ilə bağlı araşdırmaların davam etdiyini bildirən Ərdoğan, "Bu mərhələdə bizim prioritetimiz mədənçilərimizə çatmaqdır" deyib.

ABŞ ilə əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayan Ərdoğan Türkiyənin F-16 prosesi ilə bağlı üzərinə düşəni etdiyini deyərək əlavə edib: “Sonrasını sizdən gözləyirik”.

O həmçinin, ilin sonuna qədər zəlzələ bölgəsində 200 min evin təhvil veriləcəyini də açıqlayıb.

Günel Məlikzadə