Bina uçdu, ölənlər var

Bina uçdu, ölənlər var Dünya

İspaniyada ikimərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Palma-de-Malyorki şəhərində qeydə alınan hadisədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Binanın hansı səbəbdən uçduğu məlum deyil. Hadisə yerində xilasedicilər işləyir.