İranın BMT-nin İnsan Haqları Şurasına rəhbərlik etməsi... - Markovdan SƏRT SÖZLƏR
Dünya
“BMT-nin İnsan Haqları Şurasına bu gündən İran rəhbərlik edəcək. Yəni ölkələrin əksəriyyəti buna səs verib. Bu, öz vicdansız neokolonial mövqeyini həyata keçirmək üçün insan haqları ideologiyasından dayaq kimi istifadə edən qlobal Cənub ölkələrinin kollektiv Qərbə qarşı bir növ üsyanıdır”.
News24.az verir ki, bu sözləri rusiyal politoloq Sergey Markov deyib.
“Bu belədir, Ukrayna Qərbi öldürür - çünki hamı başa düşür ki, əgər Qərb ölkəsi dəhşətli vəhşi Ukrayna diktaturasını dəstəkləyirsə, deməli, onun insan haqları ilə bağlı bütün sözləri yalandır. Ona görə də İranın BMT-nin İnsan Haqları Şurasının başında olması kimi paradokslar yaranır. Və buna görə də Qərb BMT-yə nəzarət etmək üçün təşkilatda islahatların aparılmasını istəyir”, - Markov bildirib.
Akqabay