"Bu, heç vaxt olmayacaq” - Rusiya NATO-nu HƏDƏLƏDİ

"Bu, heç vaxt olmayacaq” - Rusiya NATO-nu HƏDƏLƏDİ Dünya

NATO Baltik dənizini Rusiyaya bağlamaqla beynəlxalq hüququ pozacaq”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Brüssel və digər NATO paytaxtları belə bir addımın nəticələrinin ciddiliyini dərk etməlidir. Biz bilirik ki, bəzi siyasətçilər və NATO strateqləri Baltik dənizini NATO-nun daxili gölünə çevirmək arzusundadırlar. Amma bu, heç vaxt olmayacaq”,- o deyib.

Qruşko Qərb ölkələrinə “Balticconnector” qaz kəmərinə dəyən ziyanı araşdırdıqları enerjini “Şimal axını 2” partlayışlarına görə məsuliyyət daşıyanların müəyyənləşdirilməsinə yönəltməyi tövsiyə edib.

“Əgər Latviya həqiqətən də NATO-nun strateji sənədlərində yazıldığı kimi əhəmiyyətli zərər vurmağın silahlı hücum aktına bərabər olmasından irəli gəlirsə, o zaman Baltik dənizi “Şimal axını 2”dən sonra ilk növbədə Almaniya tərəfindən Amerika gəmiləri üçün bağlanmalı idi”, - Qruşko əlavə edib.

O vurğulayıb ki, Ukraynanın “Şimal axını” partlayışlarında iştirakı ilə bağlı versiya mətbuatda təbliğ olunmağa davam etdiyi üçün Kiyevə istənilən yardım dayandırılmalıdır.

Qeyd edək ki, Estoniya və Finlandiya arasında Balticconnector qaz kəməri mümkün sızma səbəbindən işləmir, çünki oktyabrın 8-i axşam sualtı boruda təzyiq aşağı düşüb. Estoniya və Finlandiya sistem rəhbərləri qaz təchizatını kəsiblər.

Mərkəzi Kriminal Polisi hesab edir ki, ziyan çox güman ki, qəsdən vurulub. Sızıntının yeri Finlandiya ərazi sularındadır.

Ayşən