Bu ölkə "genişmiqyaslı münaqişə"yə hazırlaşır
Dünya
Niderland Müdafiə Nazirliyi mümkün "genişmiqyaslı münaqişə"yə hazırlıq məqsədilə hərbi imkanların genişləndirilməsi yolunu tutacaq.
Bu barədə ölkə parlamentinə göndərdiyi məktubda Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Qeys Teynman bildirib.
Sənəddə qeyd olunub ki, nazirlik yaxın vaxtlarda Şimal dənizinin akvatoriyasının təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli maşınlar və yaralıların daşınması üçün mobil hospital kimi təchiz olunmuş xüsusi qatarlar alacaq. Bu planların məqsədi silahlı qüvvələri mümkün genişmiqyaslı döyüşlərə hazırlamaq və kritik infrastrukturun müdafiəsini gücləndirməkdir.
Teynman: "Genişmiqyaslı münaqişə həmişə çox sayda yaralı ilə müşayiət olunur", - deyərək "dəmir yolu hospitalı"nın alınma səbəbini izah edib. Onun sözlərinə görə, hazırda yaralıların daşınması, əsasən, avtomobillər və sanitar aviasiya vasitəsilə həyata keçirilir.//report