Bu ölkədə 5,5 maqnitudada zəlzələ oldu

Bu ölkədə 5,5 maqnitudada zəlzələ oldu Dünya

Filippinin Neqros adasında 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 122 min nəfərin yaşadığı Bayavan şəhərindən 29 kilometr şimalda, ocağı isə 145 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı edilməyib.