Bu ölkədə prezident və parlament seçkiləri keçirilir

Bu ölkədə prezident və parlament seçkiləri keçirilir Dünya

İndoneziyada prezident və parlament üzvləri üçün seçkilər keçirilir.

New24.az xəbər verir ki, Prezident postu uğrunda üç namizəd arasında favorit hazırkı prezident Coko Vidodonun kursunun davam etdirilməsinin tərəfdarı, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsünün müəllifi olan müdafiə naziri Prabovo Subiantodur.

Prabovonun seçkidəki rəqibləri keçmiş Mərkəzi Yava qubernatoru Ganjar Pranowo və keçmiş Cakarta qubernatoru Basvedan Anisdir. 

“Lembaga Survei Indonesia” ictimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi son sorğunun nəticələrinə görə, respondentlərin 51,9%-i Prabovonu dəstəkləməyə hazırdır ki, bu da onun birinci turda qələbəsini təmin edə bilər. Sonrakı yerdə sorğu iştirakçılarının 23,3%-i Anis, 20,3%-i isə Pranovo tərəfindən dəstəklənib.

Mehriban Mirzəzadə