Bu ölkədə zəlzələ: 20 ölü, 300-dən çox yaralı

Bu ölkədə zəlzələ: 20 ölü, 300-dən çox yaralı Dünya

Əfqanıstanın şimalında baş vermiş 6,3 maqnitudalı zəlzələ nəticəsində azı 20 nəfər həlak olub, 300-ə yaxın insan yaralanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox dağıntı və itkilər Samanqan və Balx əyalətlərində, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

“Yeraltı təkanlar çox güclü olub və ölənlərin sayı arta bilər”, – deyə rəsmilər bildiriblər.

ABŞ Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

Nilufər