Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
Dünya
İran–ABŞ danışıqları bu gün nəzərəçarpacaq irəliləyişlə başa çatıb.
News24.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr Əl-Busaidi "X"dəki hesabında yazıb:
"Görüşlərimizin ruhu konstruktiv idi. Biz birlikdə yekun razılaşma üçün bir sıra istiqamətverici prinsipləri müəyyən etmək üçün ciddi səylər göstərdik".
Bədr Əl-Busaidinin sözlərinə görə, görüşdə danışıqların mahiyyəti hərtərəfli nəzərdən keçirilib və bütün zəruri şərtlər müzakirə edilib: "Danışırların məqsədi uyğun bir anlaşmaya çatmaq imkanlarını artırmaq olub". (Teleqraf)