Cənubi Qafqazda - müharibə bitdi

Cənubi Qafqazda - müharibə bitdi Dünya

Cənubi Qafqazda müharibə başa çatıb və regionda sülhün, əməkdaşlığın və tərəqqinin vaxtı çatıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda bu gün keçirilən “3+3” formatlı görüşdə deyib.

"XİN rəhbərlərinin Tehranda keçirilən "3+3” formatında görüşü Cənubi Qafqazda sülhün bərqərar olması yolunda təməl daşı ola bilər. Ümid edirik ki, bu görüşlərdə dost Gürcüstanın konstruktiv və səmərəli iştirakının şahidi olacağıq”, - o bildirib.