Ceyms Vensin Bakı səfərinin tarixi bəlli oldu – Yeniləndi

Ceyms Vensin Bakı səfərinin tarixi bəlli oldu – Yeniləndi Dünya

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9–11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Vensə qoşulacaq.

Məlumata görə, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib. (APA)

**

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensi Azərbaycana səfəri zamanı Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.

News24.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana səfəri bu ay gözlənilir. (axar.az)