Təyyarə qəzası: 1 ölü, 4 yaralı - ANBAAN VİDEO

Təyyarə qəzası: 1 ölü, 4 yaralı - ANBAAN VİDEO Dünya

Çilidə Milli Meşə Korporasiyasına (CONAF) məxsus yüngül mühərrikli “S2R-T660” təyyarəsi Talka şəhərində idarəetməni itirərək magistral yola düşüb.

News.24.az xəbər verir ki, sosial şəbəkələrdə qəzanın baş verdiyi anın görüntüləri yayılıb.

Təyyarə yoldan keçən yük maşınına çırpılıb və qanadı ilə elektrik xəttinə də düşüb. Təyyarə Pangilemo aerodromunun yaxınlığında şossedə qəzaya uğrayıb.

Qəza nəticəsində ispaniyalı pilot yerindəcə dünyasını dəyişib, 4 nəfər isə yaralanıb.

Mehriban Mirzəzadə