Dəhşətli qəzada azı 15 nəfər öldü – Braziliyada faciə

Dəhşətli qəzada azı 15 nəfər öldü – Braziliyada faciə Dünya

Braziliyanın şimal-şərqində zəvvarları daşıyan avtobus ağır qəzaya uğrayıb ən azı 15 nəfər ölüb və onlarla insan xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, avtobusda təxminən 60 sərnişin olub. İlkin məlumatlara görə, o yolda aşıb, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Ölənlər arasında beş kişi, yeddi qadın və üç uşaq var. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Alaqoas ştatının hakimiyyəti üçgünlük matəm elan edib. (Report)