Dünyanın gözü Qahirə sammitində
Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 ildən sonra Misirə rəsmi səfəri bu gün dünya mətbuatının ən mühüm gündəm mövzularından birinə çevrilib. Beynəlxalq xəbər agentlikləri Ərdoğanın Qahirəyə gəlişini "son dəqiqə" olaraq elan edərkən, qəzetlər də hadisələri gündəmə gətirir.
News24.az xəbər verir ki, Middle East Eye (MEE) Türkiyə və Misirin 10 ildir davam edən qarşıdurmaya son qoyaraq "dönüm nöqtəsində" olduğunu yazıb. Analitiklərin Türkiyə-Misir əlaqələrinin təkcə iki ölkə üçün deyil, həm də bölgə üçün də kritik əhəmiyyət daşıdığını qeyd etdiyinə diqqət çəkib. Ərdoğanın səfərinin davam edən regional gərginliyi azaltmaq üçün bir fürsət olduğu, bir çox regional məsələlərdə sabitliyi təmin edə biləcəyini vurğulanıb
İki lider arasındakı görüşü canlı bloqu ilə dəqiqə-dəqiqə oxucularına çatdıran Əl-Cəzirə prezident Ərdoğanı Qahirə hava limanında misirli həmkarı Əbdülfəttah əs-Sisi tərəfindən qarşılandığını yazıb.
ArabNews, Ərdoğanın səfərinin uzun müddətdir davam edən yaxınlaşmanın son parçası olduğunu yazıb. Türkiyə və Misiri iki regional güc olaraq təyin edən qəzet, görüşün əsas mövzusunun Qəzzada davam edən qarşıdurma olacağını yazıb.
Günel Məlikzadə