Ədliyyə qarşısında qan donduran hadisə - Kürəkənini ÖLDÜRDÜ

Ədliyyə qarşısında qan donduran hadisə - Kürəkənini ÖLDÜRDÜ Dünya

İstanbulda Böyükçekmece Ədliyyəsi qarşısında dəhşətli qətl hadisəsi törədilib. Cinayətkar qızı ilə boşanma davası açan kürəkənini məhkəmə binasının qarşısında güllələyib. 

News24.az xəbər verir ki, bu barədə “NTV HABER” məlumat yayıb.

Hadisə saat 11:00 radələrində Büyükçekmece Ekinoba səmtində, Büyükçekmece Ədliyyəsi Əlavə Binasının qarşısında baş verib. 

Yaralını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Ülkər Abdurahmanlı