Əfqanıstanda hərbi konvoya hücum: 6 nəfər öldü
Dünya
Əfqanıstanın şimalında yerləşən Bədəxşan əyalətində hərbi konvoya bombalı hücum olub.
News24.az xəbər verir ki, bu barədə “GDH” X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Qeyd edək ki, hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.
Mehriban Mirzəzadə