Ermənistan parlamentində insident: noutbuk deputatlar arasında dava saldı

Ermənistan parlamentində insident: noutbuk deputatlar arasında dava saldı Dünya

Ermənistan parlamentində deputatlar arasında əvvəlcə mübahisə, sonra isə fiziki qarşıdurma olub.

News24.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Hadisəyə səbəb hakim Mülki Müqavilə Partiyasından olan deputat Hayk Sərkisyanın qadağan edilsə də, iclasa notbuk gətirməsi olub. İnsident iclas işinə başlayandan 10 dəqiqə sonra qeydə alınıb.

Paşinyanın müttəfiqləri ondan notbuku zaldan çıxarmağı tələb etsələr də, Sərkisyan imtina edib və bu, mübahisəyə səbəb olub. Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra o iclas zalını tərk edib.