Ermənistan Rusiya hərbi bazasını ölkədən çıxarır? - VİDEO
Dünya
"Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz".
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin məlumat verib.
Səfir bildirib ki, Rusiya tərəfdən də xəbərdarlıqlar alınmayıb.
Xatırladaq ki, Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşir. 20 avqust 2010-cu ildə Rusiya və Ermənistan müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb.
Qumral