Ermənistan-Türkiyə sərhədi açılır? - İrəvandan mesaj

Ermənistan-Türkiyə sərhədi açılır? - İrəvandan mesaj Dünya

Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub, istismara hazırdır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Gömrük Komitəsi sədrinin müavini Karen Tamazyan bildirib.

“Gömrük texniki vasitələr, pasport nəzarəti, sərhəd mühafizəsi baxımından sərnişinlərə lazımi səviyyədə xidmət göstərmək üçün hazırdır”, - Karen Tamazyan deyib.

Türkiyə 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına etiraz olaraq Ermənistanla hava və quru sərhədlərini bağlayıb. İki ölkə 2021-ci ilin dekabrında münasibətlərin normallaşması üçün addımlar atmağa hazır olduqlarını açıqlayıb. İkitərəfli münasibətləri tənzimləmək üçün qarşılıqlı xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr 2022-ci il iyulun 1-də Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi ilə bağlı razılığa gəliblər.