Ermənistanda Azərbaycan dili dərslərinə start verilir – tarix açıqlandı

Ermənistanda Azərbaycan dili dərslərinə start verilir – tarix açıqlandı Dünya

2025–2026-cı tədris ilindən etibarən Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları təşkil olunacaq.

News24.az xəbər verir ki, yeni tədris proqramına əsasən, 10–12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris ediləcək.

Proqram könüllü əsasda həyata keçiriləcək və onun icrası ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Layihə Ermənistan hökumətinin dövlət təhsil proqramı çərçivəsində reallaşdırılır.