Ermənistanda məhkəmə-tibbi mərkəzin direktoru saxlanıldı
Dünya
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları məhkəmə-tibbi elmi-praktik mərkəzin direktoru Mqer Bişaryanı saxlayıblar.
News24.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-ləri yayıb.
Müstəntiqlər sözügedən binada bir neçə saat əməliyyat aparıblar və məhkəmə tibb elmi-tədqiqat mərkəzinin direktoru Mher Bişaryanı korrupsiyaya qarşı mübarizə komitəsinə aparıblar.
Məlumata görə, o, korrupsiyaya qarşı mübarizə komitəsi tərəfindən həbs edilib.
Qumral