Ermənistanın Hindistandan "Su-30MK" qırıcıları alır?

Ermənistanın Hindistandan "Su-30MK" qırıcıları alır? Dünya

Ermənistanın Hindistandan “Su-30MK” qırıcı təyyarələri alması ilə bağlı heç bir razılaşması yoxdur.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan məlumat verib.

Nazir bu açıqlaması ilə son günlər Hindistan mediasında yayılan İrəvanın 8–12 ədəd “Su-30MK” döyüş təyyarəsi alacağı barədə xəbərləri təkzib edib.

Həmin məlumatlarda sövdələşmənin dəyərinin 2,5–3 milyard dollar olduğu bildirilirdi.