Fələstin nümayəndələri Moskvada görüşəcəklər
Dünya
Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Fələstinli qrupların nümayəndələrinin fevralın 29-dan martın 1-dək paytaxt Moskvada görüşəcəklərini açıqlayıb.
News24.az xəbər verir ki, Boqdanov, "Məqsədimiz müxtəlif Fələstin qruplarına öz sıralarını siyasi cəhətdən birləşdirməyə razılıq verməkdir. Biz ondan başlayırıq ki, Fələstin Azadlıq Təşkilatı (FAT) Fələstin xalqının qanuni nümayəndəsidir və bundan sonra da olacaq. Fələstinin Azadlıq Təşkilatı, beynəlxalq ictimaiyyət vəRusiya tərəfindən qəbul edilir".
Fevralın 28-də Siyasi Bürosunun üzvü Musa Əbu Mərzukun rəhbərlik etdiyi nümayəndə heyəti və Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Əzzam əl-Əhmədin rəhbərlik etdiyi Fəth Hərəkatının nümayəndə heyəti görüş üçün Moskvaya gələcək.
Günel Məlikzadə