HƏMAS növbəti israilli girovun cəsədini bu tarixdə verəcək

HƏMAS növbəti israilli girovun cəsədini bu tarixdə verəcək Dünya

Fələstinin HƏMAS hərəkatı növbəti israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verməyə hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” sosial media vasitəsilə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, razılaşmaya əsasən, cəsəd yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) təhvil veriləcək.