Hindistanda sərnişin və yük qatarı toqquşdu: ölənlər var
Dünya
Hindistanın Çhattisqarh əyalətinin Bilaspur bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Qəza nəticəsində azı altı nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb.
Məlumata görə, MEMU tipli şəhərətrafı qatar yük qatarının arxasına çırpılıb. Zərbə nəticəsində bir neçə vaqon relsdən çıxıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.