Hizbullahın obyektləri vuruldu

Hizbullahın obyektləri vuruldu Dünya


İsrail qırıcıları Hizbullah hərbi obyektlərinə növbəti dəfə zərbələr endirib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Livandan İsrail ərazisinə PUA ilə zərbə endirilməsinə cavab olaraq əməliyyat icra edilib:

“Bu axşam partlayıcı yüklü PUA Livan ərazisindən İsrailin şimalına uçub və Beyt Hilel bölgəsinə düşüb. Bir müddət əvvəl İsrail döyüşçüləri Livanın cənubundakı Mərvahin, Ayta əş-Şab və Rab əl-Talatin bölgələrində Hizbullahın iki buraxılış qurğusuna və terror obyektlərinə zərbələr endirib”.