İran ABŞ-ni hədələdi: - "Cavabımız təsəvvürünüzdən də.."

İran ABŞ-ni hədələdi: - "Cavabımız təsəvvürünüzdən də.." Dünya

“Əgər ABŞ İrana və onun əlaqəli infrastrukturuna zərbə endirərsə, qeyri-adi cavab olacaq”. 

News24.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami deyib.


“Fələstinlilərin və Qəzza zolağının sakinlərinin müdafiəsi üçün bütün ölkələr tərəfindən lazımi tədbirlər görülməlidir. ABŞ birinci dəfə deyil ki, bizi zərbələrlə hədələyir, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, baş verərsə, bu cür səhvlərə yol verərsə, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq”, - bildirib.

Ayşən