İran hava məkanını bağladı - Yeniləndi

İran hava məkanını bağladı - Yeniləndi Dünya

İran hakimiyyəti ölkənin hava məkanını yenidən açıb.

News24.az xəbər verir ki, müvəqqəti bağlanma təxminən 5 saat davam edib.

Məlumata görə, uçuşları bərpa edən ilk aviaşirkətlər arasında İranın "Mahan Air", "Yazd Airways" və "AVA Airlines" şirkətləri də yer alıb.


08:42

İran hava məkanını bağlayıb.

News24.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) yayımlayıb.

Bildirilib ki, əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlanıb.