İran Hörmüz boğazında hərbi təlimlər keçirir
Dünya
İran Hörmüz boğazında hərbi təlimlər keçirməyə başlayıb.
News24.az xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilib ki, hərbi manevrlər Hörmüz boğazı, ona bitişik Kəngər və Oman körfəzləri bölgəsini əhatə edir.
Məlumata görə, təlimlər iki gün davam edəcək.
Bildirilib ki, fevralın sonunda isə Hind okeanın şimalında İran Hərbi Dəniz Qüvvələri, İslam İnqilabının Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Qüvvələri, həmçinin Çin və Rusiya Hərbi Dəniz qüvvələrinin iştirakı ilə səkkizinci birgə təlim keçiriləcək.