İran Pakistandan izahat tələb etdi

İran Pakistandan izahat tələb etdi Dünya

Tehran Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı  izahat tələb edib. 

News24.az xəbər verir ki, bu barədə “Press TV” məlumat verib .

“İran Sistan və Bəlucistan əyalətinin sərhəd kəndinə həyata keçirdiyi raket hücumları ilə bağlı Pakistandan dərhal izahat tələb edib”,- deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Pakistanın İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirdiyi zərbələr nəticəsində 7 nəfər ölüb.

Mehriban Mirzəzadə