İran Qərbi Azərbaycanda atom elektrik stansiyası - TİKİR
Dünya
İran ölkənin qərbində “Karun” adlı yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlayıb.
News24.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib.
O bildirib ki, stansiyanın gücü azı 300 MVt olacaq.
“Biz Qərbi Azərbaycan vilayətində radioaktiv materialların çıxarılmasına ən azı 5 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, həmçinin burada yeni “Karun” AES-in tikintisinə başlamışıq. Onun gücü ən azı 300 meqavat olacaq”, - İslami qeyd edib.
Akqabay