İran quraqlıqla üz-üzə

İran quraqlıqla üz-üzə Dünya

İranda quraqlıqla bağlı xəbərdarlıq edilib.

News24.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, oktyabrın əvvəlindən bu yana İranın 19 əyalətində yağış qeydə alınmayıb.

Bu vəziyyət ölkə üzrə uzunmüddətli orta yağıntı göstəricilərində 75 faiz azalma deməkdir. Xəbərdə qeyd olunub ki, son üç ildə oktyabr və noyabr ayları demək olar ki, yay mövsümünə çevrilib. Bu dövrdə ölkə üzrə yağıntı miqdarı kəskin azalıb.

Aidiyyəti qurumun daha əvvəl təqdim etdiyi hesabatda Tehran da daxil olmaqla ölkənin bir çox əyalətində ümumiyyətlə yağış yağmayıb.