"İrana hərbi müdaxilə istəmirik"
Dünya
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın İrana qarşı hərbi müdaxilənin əleyhinə olduğunu bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, İran öz daxili problemlərini özü həll etməlidir.
Nazir qeyd edib ki, İranda baş verən proseslər Türkiyəni narahat edir, lakin mövcud problemlərin dialoq və diplomatik yollarla həll olunmasını dəstəkləyirlər.