İranda iki hərbçi öldürüldü

İranda iki hərbçi öldürüldü Dünya

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində patrul xidməti zamanı iki hərbçi öldürülüb.

News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri xəbəri təsdiqləyib. Açıqlamada ölən iki təhlükəsizlik qüvvələrinin terrorçuların öldürməyə çalışdığı qəbilə liderini müşayiət etdiyi qeyd edilib.

Bəyanatda qəbilə liderinin sui-qəsddən sağ qalıb-qalmaması dəqiqləşdirilməyib.