İranda sexdə yanğın oldu, yaralananlar var

İranda sexdə yanğın oldu, yaralananlar var Dünya

İranın Şiraz şəhərində maye qaz balonlarının doldurulması və satışı sexi yanıb.

News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Cavadiyyədə maye qaz balonlarının doldurulması və satışı üçün istifadə edilən 1000 kvadratmetrlik sexdə irimiqyaslı yanğın baş verib. Hadisə yerinə 11 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin çevik tədbirləri nəticəsində yanğın tez bir zamanda söndürülüb", – Şiraz Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Təşkilatının məlumatında deyilir.

İlkin məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.