İsrail quru əməliyyatını təxirə salır: - "daha çox vaxt.."

İsrail quru əməliyyatını təxirə salır: - "daha çox vaxt.." Dünya

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında quru əməliyyatını daha gec bir tarixə təxirə salmaq istəyir.

News24.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin yazdığına görə, o, hərbçilərin planlarına şübhə ilə yanaşır və məhbusların azad edilməsi üçün danışıqlara daha çox vaxt sərf etməyə hazırdır. 

O [Netanyahu] İsrailin hərbi planlarına şübhə ilə yanaşır və daha çox vaxt istəyir ”, - məqalədə qeyd edilib.

Eyni zamanda, bu, İsrail ordusunu (TSAXAL) döyüş əməliyyatlarına daha yaxşı hazırlamağa imkan verərdi.

 Ayşən