Keniyada torpaq sürüşməsi: onlarla insan öldü, 30-dan çoxu itkin düşdü

Keniyada torpaq sürüşməsi: onlarla insan öldü, 30-dan çoxu itkin düşdü Dünya

Keniyanın qərbində torpaq sürüşməsi baş verib. Nəticədə azı 21 nəfər ölüb, onlarla insan yaralanıb, 30-dan çox insan isə itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə Keniyanın daxili işlər naziri Kipçumba Murkomen sosial media hesabında məlumat yayıb.

Nazir mövsümi çayların yaxınlığında və ya ötən gecə sürüşmə baş verən ərazilərdə yaşayan sakinləri daha təhlükəsiz yerə köçməyə çağırıb.

Axtarış-xilasetmə işləri bazar günü də davam etdiriləcək.