Lukaşenkonun səsi batdı - VİDEO
Dünya
Belarus prezidenti Aleksandr Lukaşenko səsinin batdığını bildirib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Belarus lideri qiymətlərin tənzimlənməsi və qiymətə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı keçirilən müşavirədə deyib.
"Səs yoxdur, ona görə də biz görüşü pıçıltı ilə keçirəcəyik", - deyə Lukaşenko açıqlayıb.
Belarus prezidentinin sözlərinə görə, onun xəstəliyi gərgin iş qrafiki ilə bağlı olub və bu da ona müalicə almaq imkanı verməyib.