Makronla Hersoq arasında kritik müzakirə - Bu ölkəyə mesaj GÖNDƏRİLDİ
Dünya
“Biz qalib gəlməyə və düşmənlərimizi məhv etməyə sadiqik”.
News24.az “The Times of Israel”-ə istinadla xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib.
“Vəziyyət son dərəcə mürəkkəbdir”, deyən Hersoq vurğulayıb ki, “biz bütün vətəndaşlarımızın tam və dərhal azad edilməsini tələb edirik”.
Xarici vətəndaşlığı olan onlarla girovun azad oluna biləcəyi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra İsrail dövlət başçısı bunları deyib: “İsrail vətəndaşları ilə başqa vətəndaşlığı olan biri arasında heç bir fərq yoxdur”.
Hersoq həmçinin qeyd edib ki, İran Livanda “odla oynayır”.
“Əgər “Hizbullah” bizi müharibəyə sürükləyərsə, bunun əvəzini Livan ödəyəcəyi aydın olmalıdır. Livan beynəlxalq ictimaiyyətin suveren üzvü ola bilməz, onun vətəndaşları Livan pasportu daşıya bilməz, lakin İsrailə hücuma gəldikdə, onlar məsuliyyət daşımırlar”.
Emmanuel Makron isə bunları söyləyib: “Birinci məqsəd heç bir fərq qoymadan bütün girovların azad edilməsi olmalıdır. Mən əmin etmək istəyirəm ki, siz bu müharibədə tək qalmayacaqsınız, çünki mən terror hücumlarını yaşayan bir ölkə adından danışıram və siz bizimlə idiniz. Düşünürəm ki, bu terrora qarşı heç bir qarışıqlıq yaratmadan, münaqişəni genişləndirmədən mübarizə aparmaq bizim borcumuzdur”.
Makron bildirib ki, Fransa mesajları “digər terror təşkilatlarına” çatdırıb. O əlavə edib ki, “məqsədli əməliyyatlar” həyata keçirmək lazımdır.
Akqabay