Məşhur aktyor 81 yaşında vəfat etdi

Məşhur aktyor 81 yaşında vəfat etdi Dünya

Tanınmış alman aktyor Udo Kier 81 yaşında dünyasını dəyişib.

News24.az  xəbər verir ki, onun ölümünü ortağı Delbert McBride təsdiqləyib.

Aktyorun hansı səbəbdən vəfate etdiyi isə hələ açıqlanmayıb.

Udo Kier kino sahəsində 60 ildən çox fəaliyyət göstərib və 200-dən çox film və televiziya layihəsində rol alıb.

Kierin ən son rolu Braziliyanın rejissoru Kleber Mendonça Filho tərəfindən çəkilən “The Secret Agent” filmində olub.

Nilufər