Məşhur aktyorun milyonluq investisiyaları şok etdi

Məşhur aktyorun milyonluq investisiyaları şok etdi Dünya

Məşhur aktyor Burak Özçivitin xaricdə böyük həcmdə daşınmaz əmlak yatırımları etdiyi iddia olunur.

News24.az xəbər verir ki, Türkiyə mediasında yer alan xəbərlərə görə, aktyorun Əbu-Dabidə 11 yataq otaqlı dəbdəbəli malikanə aldığı, həmçinin Dubaydakı yaşayış layihələrində üç mənzilə sahib olduğu bildirilir.

Bu iddialar TV8-də yayımlanan “Gel Konuşalım” verilişində jurnalist Mehmet Üstündağ tərəfindən səsləndirilib. Məlumata görə, Özçivitin investisiyaları bununla məhdudlaşmır. Onun İstanbulun Eyüp rayonunda da bir neçə mənzil aldığı da bildirilir.