Minlərlə insan istəyinə çatdı – Serbiyada qərar verildi
Dünya
Serbiya Prezidenti Aleksandar Vuçiç etirazçıların tələbi ilə növbədənkənar parlament seçkiləri elan edib.
News24.az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə "Srbija Danas" agentliyi məlumat yayıb.
“Ölkəmizin səlahiyyətli orqanları qanuna uyğun olaraq seçkilərin tarixini müəyyən edəcək. Biz etirazçıların tələblərini yerinə yetirəcəyik və seçkilər vaxtından əvvəl keçiriləcək", – Vuçiç bildirib.
Qeyd edək ki, Serbiyada 2024-cü ildə Novi Sad qatar stansiyasında 16 nəfərin ölümü ilə nəticələnən damın uçmasının ildönümü ilə əlaqədar etirazlar yenidən başlayıb. Etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.