NATO-dan Rusiyaya çağırış: - "Qoşunları çıxar"

NATO-dan Rusiyaya çağırış: - "Qoşunları çıxar" Dünya

“Rusiya Moldovaya qarşı təzyiqlərini davam etdirir. 

News24.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Moldovanın baş naziri ilə birgə mətbuata açıqlamasında deyib.

Baş katib qeyd edib ki, Moskva Moldova cəmiyyətində qeyri-sabitlik və ölkədə demokratiyaya təhlükə yaratmaq istəyir.

“NATO Moldovanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və biz Rusiyanı qoşunlarını Moldovadan çıxarmağa çağırırıq. Moldova bizim gələcək köməyimizə arxalana bilər", - baş katib vurğulayıb.

Ayşən