NATO daxilində vəziyyət gərginləşir
Dünya
NATO daxilində ziddiyyətlər artır.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Daniel İsaak deyib.
Onun sözlərinə görə, buna səbəb dünyada artan gərginliklərdir:
“Planetdəki münaqişələr artır. Buna görə də NATO üzvləri arasında fikir ayrılıqları hökm sürür. Buna baxmayaraq, Ukraynanın Alyansa daxil olması ilə bağlı yekdil fikrimiz var. Hazırda prioritetimiz Ukraynaya dəstək verməkdir”,- deyə o bildirib.
O həmçinin qeyd edib ki, rəsmi Kiyevin Alyansa üzvlüyü hələ ki müzakirə mövzusu deyil:
“Biz bilirik ki, Ukrayna mümkün qədər tez NATO üzvü olmaq istəyir. Amma bu, Alyansın builki sammitində gözlənilmir. Bu, yəqin ki, müharibə başa çatandan sonra olacaq”.
Mehriban Mirzəzadə