NATO-nun növbəti rəhbəri bəlli oldu
Dünya
Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rütte NATO-nun baş katibi olacaq.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.
Bildirilib ki, siyasətçinin namizədliyi alyansın bütün üzvləri tərəfindən dəstəklənib.
Qeyd edək ki, NATO-nin indiki baş katibi norveçli Yens Stoltenberqdir.